Smart Cədvəl — Azərbaycan məktəbləri üçün avtomatik dərs cədvəli

AZƏRBAYCAN MƏKTƏBLƏRİ ÜÇÜN

Dərs cədvəlini
avtomatik qurun.

Məktəbinizin tədris planını, müəllimlərin dərs yükünü və iş qrafikini nəzərə alan yerli platforma.

Məlumatları daxil edin, həftəlik cədvəli Smart Cədvəl hazırlasın.

≡
MƏKTƏBİN MƏLUMATLARITədris planından başlayırıq
VII sinifHəftəlik saatlar
∑Riyaziyyat5 saat
AaAzərbaycan dili4 saat
HTarix2 saat
Eyni planla7A7Bdərslərə başlayır
Fənlər və saatlar siniflərə tətbiq olunur.
Məhsulun işini izah edən animasiya · məlumatlar nümunədir

Cədvəl necə hazırlanır?

Əvvəl tədris planını və məktəbin məlumatlarını hazırlayın.
Sonra dərsləri bölüşdürüb cədvəli yaradın.

≡
Tədris planıFənlər və həftəlik dərs saatları
VII sinif
∑Riyaziyyat5 saat
AaAzərbaycan dili4 saat
HTarix2 saat
Bu planla dərs keçən siniflər
7A7B
Fənlər və saatlar hər iki sinfə tətbiq olunur.
İllüstrativ plan · fənn və saatlar nümunədir

TƏDRİS PLANI VƏ FƏNLƏR

Hər sinifdə hansı fənn,
həftədə neçə saat?

İşə tədris planından başlayın. I–XI sinif səviyyələri üzrə fənləri və həftəlik dərs saatlarını müəyyən edin. Məktəbinizin 1A, 1B, 7A, 7B kimi siniflərini əlavə edin.

VII sinfin planını hər paralel sinif üçün yenidən yazmağa ehtiyac yoxdur. 7A və 7B-nin fənləri və saatları eyni plandan götürülür.

  • Fənlərin siyahısı
  • Sinif səviyyəsi üzrə həftəlik saatlar
  • Hər sinif üçün əsas otaq

MÜƏLLİMLƏR

Kim hansı fənni
tədris edə bilər?

Müəllimləri əlavə edin, hər birinin keçə bildiyi fənləri və sinif səviyyələrini qeyd edin. Məsələn, müəllim riyaziyyatı V–XI siniflərdə tədris edə bilər.

Bu məlumat dərs bölgüsündə uyğun müəllimi seçməyə kömək edir. Müəllimin dərs yükü isə ona sinif və fənn təyin etdikcə hesablanır.

AM
Aysel MəmmədovaMüəllimin tədris imkanları
Tədris etdiyi fənnRiyaziyyat
Dərs keçə bildiyi sinif səviyyələri
VVIVIIVIIIIXXXI
✓

Dərs bölgüsündə müəllim bu fənn və sinif səviyyələrinə uyğun seçilir.

İllüstrativ müəllim kartı
≡
Dərs bölgüsüSiniflər üzrə müəllimlər
7A sinfi
∑
RiyaziyyatAysel Məmmədova
5 saat / həftə
Aa
Azərbaycan diliNigar Həsənova
4 saat / həftə
H
TarixElçin Əliyev
2 saat / həftə
✓ Saatlar tədris planından hesablanır
İllüstrativ məhsul görünüşü

DƏRS BÖLGÜSÜ

Hansı sinfə
kim dərs keçir?

Hər sinif üçün fənn müəllimini seçin. Saatları ayrıca yazmağa ehtiyac yoxdur: sistem onları tədris planından götürüb müəllimin həftəlik dərs yükünü hesablayır.

  • İbtidai sinfə əsas müəllim təyin edin
  • Yuxarı siniflərdə hər fənn üçün müəllim seçin
  • Müəllimin ümumi dərs yükünü görün

MÜƏLLİMLƏRİN VAXTI

Müəllim nə vaxt
dərs keçə bilər?

Məktəbin iş günlərini və dərs saatlarını müəyyən edin. Müəllimin gələ bilmədiyi vaxtları da qeyd edin ki, həmin saatlara dərs salınmasın.

Yandakı kartda yoxlaya bilərsiniz: dərs saatına basaraq onu açın və ya bağlayın.

AM
Aysel MəmmədovaRiyaziyyat müəllimi
Əlçatanlıq
B.e.Ç.a.Ç.C.a.C.1. dərs2. dərs3. dərs
UyğundurMümkün deyil
3 vaxt məhdudiyyəti seçilib
İnteraktiv izah · dəyişikliklər saxlanılmır
Toqquşmanın yoxlanmasıDiqqət
AM
Aysel MəmmədovaRiyaziyyat müəllimi
7ARiyaziyyatBazar ertəsi · 09:00
7BRiyaziyyatBazar ertəsi · 09:00
Eyni müəllim, eyni saat

Bu iki dərs eyni vaxta yerləşdirilə bilməz.

Toqquşmanı izah edən nümunə · real generasiya nəticəsi deyil

GENERASİYA VƏ YOXLAMA

Cədvəli yaradın,
nəticəni yoxlayın.

Dərs bölgüsü tamamlandıqdan sonra avtomatik planlaşdırmanı başladın. Sistem dərsləri həftəyə yerləşdirərkən müəllimi, sinfi, otağı və vaxt məhdudiyyətlərini birlikdə nəzərə alır.

Bir müəllimin eyni saatda iki sinifdə dərsi ola bilməz. Nümunədəki kimi üst-üstə düşən dərslər yoxlamada görünməlidir.

  • Müəllim, sinif və otaq toqquşmaları yoxlanılır
  • Bütün həftəlik dərs saatları nəzərə alınır
  • Müəllimin bağlı vaxtlarına dərs salınmır

CƏDVƏLƏ BAXIŞ

Hazır cədvəldə
hər kəsin yerini görün.

Bir sinfin dərslərinə baxın, müəllimin qrafikinə keçin və ya məktəb üzrə bütün sinifləri birlikdə görün. Hansı saatda harada dərs keçirildiyini eyni yerdən izləyin.

  • Sinfin gün ərzindəki dərsləri
  • Müəllimin dərs dediyi siniflər və saatlar
  • Məktəb üzrə siniflərin ümumi cədvəli
Cədvələ baxışBazar ertəsi
7A
7A sinfiƏsas otaq · 201
09:00
RiyaziyyatAysel Məmmədova
09:55
Azərbaycan diliNigar Həsənova
10:50
TarixElçin Əliyev
İllüstrativ cədvəl · üç baxış arasında keçid edin
Smart köməkçiAI köməkçisi üçün dialoq konsepti
Siz

Aysel müəllim cümə günü dərsə gələ bilmir.

Smart köməkçi

Aysel Məmmədovanı nəzərdə tutursunuz? Cümə gününü onun üçün bağlı vaxt kimi qeyd etmək istəyirsiniz? Əvvəl bunun cədvəldəki dərslərə təsiri yoxlanmalıdır.

Dialoq nümunəsidir. Canlı AI xidməti qoşulmayıb.

SÜNİ İNTELLEKT KÖMƏKÇİSİ Gələcək imkan

İstəyinizi
öz sözlərinizlə yazın.

“Aysel müəllim cümə günü gələ bilmir” — belə bir qeydi köməkçiyə yazmağınız kifayət etsin.

Planımız sadə dildə yazdığınız istəyi aydınlaşdıran, cədvələ təsirini izah edən və uyğun dəyişiklik təklif edən AI köməkçisi yaratmaqdır. Dəyişikliklər sizin təsdiqinizlə tətbiq olunsun.

  • Qaydaları sadə dillə izah edin
  • Dəyişiklikdən əvvəl nəyə təsir etdiyini görün
  • Son qərar sizdə qalsın

Kartdakı mövzuları seçərək planlaşdırılan yanaşma ilə tanış olun.

ƏLAQƏ

Məktəbiniz haqqında
danışaq.

Sualınız və ya təklifiniz var? Bizə yazın, ya da zəng edin.

Bizə yazın